İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azad olunmuş ərazilərə portal vasitəsilə 500-ə yaxın reys təşkil olunub" - Nazir müavini

“Nəqliyyat sahəsində, xüsusilə sərnişin və yükdaşıma ilə bağlı davamlı işlər görülməlidir”.

Musavat.com xəbər verir ki, bunu şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışı - biletim.az portalının təqdimat mərasimində Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

“Bunlarla bağlı işlər görülür. Son zamanlarda ən böyük islahatlardan Azərbaycan biri də "Yerüstü Nəqliyyat Agentliyi"nin yaradılması oldu. Burada əsas məqsəd əvvəlki illərdə olan fəaliyyətin daha da yaxşılaşdırılması və şəffaflaşdırılmasıdır. "AYNA" tərəfindən öz səlahiyyətlərinə aid olan işlərin icrasına başlanılıb. Cənab Prezidentin "AYNA"-nın yaradılması bağlı sərəncamında bu qurumun informasiya sisteminin də yaradılması yer alıb. Praktikaya baxdıqda, bu istiqamətdədə işlərin faydalı olduğunu görə bilərik. Buna nümunə olaraq yolumuzqarabaha.az portalını göstərə bilərik. İndiyədək portal vasitəsilə azad olunmuş ərazilərə 500-ə yaxın reys təşkil olunub” .

“Ölkə ərazisində bütün şəhər və rayona biletin əldə olunması üçün biletim.az portalı istifadəyə veriləcək". , - deyə nazir müavini vurğulayıb.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR