Onlayn ictimai-siyasi qəzet
"Çox vaxt oğlan evi gələndə demək lazımdır ki, gedək qızılı birlikdə alaq. Vəssəlam, çünki bu, biabırçılıqdır. Biz nə vaxt belə olduq? Mən anlamıram. Bu adamlar bizim cəmiyyətə nə vaxt gəldi? Necə oldu? Azərbaycanda heç vaxt belə olmayıb".
Bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" verilişində deyib.
O, toydan sonra qızılları gəlindən alaraq qaytaran və ya satan ailələrdən danışıb:
"Qızın qulağına zinət əşyasını taxırlar və ərə gedəndən 1 həftə sonra gəlib qızılı barmağından, qulağından çıxarırlar ki, aparıram qaytarım və ya satım. Heç kimin xətrinə dəyməsin. Amma bu adətən tezbazar toy edən ailələrdə olur. Gəlirlər və deyirlər ki, bir aydan sonra toy edək. Söhbət hamıdan getmir. Amma əksər hallarda görürük ki, altından nəsə çıxır. Amma bir az çox nişanlı qalanda insan ailəni də tanıyır və bilir ki, imkanları nəyə qadirdir. Və şərin yarısından da qayıtmaq bir xeyirdir". (Axşam.az)
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ