İnsanlara hürriyət, millətlərə istiqlal!

Aysun qızının 1 yaşını belə təbrik etdi - VİDEO

Müğənni Aysun İsmayılova qızı Sevgi ilə bağlı paylaşım edib. 

İfaçı övladının 1 yaşı tamam olduğunu bildirib:

"Bir il öncə bizi bir bədəndən ayıracaqlar deyə çox ağlamışdım. Sonra səni ilk qucağıma alanda, səsini eşidəndə sevincdən ağladım.Qızım sən mənim gücüm, nəfəsimsən. Mən sənə görə hər zaman ayaqda duracağam. Sənə söz verirəm ki, özüm yaşaya bilmədiyim xoşbəxt həyatı sənə yaşada bilmək üçün əlimdən gələni edəcəyəm. Sən mənim yaşadığım çətinlikləri yaşamayacaqsan! Mən sənə həm ana, həm də ata olacağam. Sənin heçkimə ehtiyacın olmayacaq. Rəbbim bundan sonra bəxtini gözəl yazsın, balam. Heçnədən yarım qalmayasan, inşallah. Sən körpə olsan da, o qədər ağıllı və hissiyatlı uşaqsan…

Sən ananın can parçasısan. Ana səni canından çox sevir, qızım. Sevginin nə olduğunu səninlə bildim, Sevgim. Çox şükür ki, ana olaraq məni seçmisən və mənim balam olmusan .İlk yaşın mübarək, qızım".

Qeyd edək ki, Aysun vəkil Ramil Vəliyevlə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi boşanıblar. İfaçının bu nikahdan bir qız övladı var.  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR