İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Kazımova 32 ölkə qarşısında çıxış etdi - VİDEO

Bakıda minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə özəl qonaq Xalq artisti Aygün Kazımova çıxış edib.

Pop ulduz səhnəyə öz peşəkar rəqqas qrupu ilə çıxaraq izləyicilərə əsl musiqi və şou ziyafəti yaşadıb. Hər mahnı üçün fərqli xoreoqrafiya və vizual effektlər hazırlanıb.

Qeyd edək ki, 32 ölkənin iştirak etdiyi bu mötəbər turnir hər ölkənin idman kanalında canlı yayımlanıb. Gecədə Əməkdar artist Səbinə Babayeva, türkiyəli müğənni Aleyna Tilki də səhnəyə çıxıblar.

Dünya çempionatı iyunun 1-də başa çatacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR