İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayaz Mütəllibovun eks-prezident təqaüdünü ailə üzvləri ala biləcəkmi? - açıqlama

Məlum olduğu kimi, eks-prezident Ayaz Mütəllibov martın 27-də uzun sürən xəstəlikdən sonra 84 yaşında vəfat edib. Mərhum martın 28-də I Fəxri Xiyabanda dəfn olundu.

Xatırladaq ki, Ayaz Mütəllibov 1991-ci il sentyabrın 8-də  Azərbaycanın ilk prezidenti seçilib, 1992-ci il martın 6-da istefa verib.

2019-cu ildə “Space TV”- yə verdiyi müsahibəsində eks-prezident kimi 10 min manat təqaüd aldığını demişdi. Bəs bundan sonra Ayaz Mütəllibovun dövlət tərəfindən təyin edilən pensiyasını ailə üzvlərindən kimsə alacaqmı? Eks-prezident öldükdən sonra ona dövlətin təyin etdiyi pensiya ləğv edilir, yoxsa ailəsi müəyyən qismini alır?

Qeyd edək ki, mərhumun xanımı Adilə Mütəllibova 2019-cu ildə, böyük oğlu Azad Mütəllibov 2011-ci ildə vəfat edib. Kiçik oğlu Zaur Mütəllibov isə hazırda 52 yaşındadır.

Erməni cinayətləri sistemləşdirildi – İlk dəfə

Əlövsət Allahverdiyev 

Hüquqşünas Əlövsət Allahverdiyev mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib:

“Eks-prezidentin pensiya alması məsələsi birmənalı şəkildə qanunda tənzimlənib. Yəni eks-prezidentin və  onun ailə üzvləri haqqında qanunda göstərilir ki, eks-prezident vəfat edərsə, onun pensiyasını həyat yoldaşı ala bilər. Bu pensiya isə ölkə Prezidentinin aldığı aylıq əmək haqqının 50 faizi həcmində olur. Eks-prezident vəfat etdikdə isə onun aldığı pensiyanın 50 faizi həyat yoldaşına verilir. Məsələn, əgər ölkə prezidenti ayda 20 min əmək haqqı alırsa, eks-prezident onun yarısını, yəni 10 manat alacaq, dünyasını dəyişmiş eks-prezidentin xanımı isə 5 min manat alacaq.

Əgər mərhum eks-prezidentin xanımı da vəfat edibsə, onun  18 yaşına qədər olan övladı varsa, bu pensiyanı həmin övladı alacaq. Əgər övladı 18 yaşına çatıbsa və ali təhsil alırsa, təhsilini bitirənə qədər müavinət alacaq. Və yaxud əgər eks-prezidentin əlilliyi olan övladı varsa, müavinət alacaq".

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən məsələ ilə bağlı rəsmi cavab olaraq bildirilib:

“”Əmək pensiyaları haqqında" Qanuna əsasən, əmək pensiyası sığortaolunanların əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların (yəni sosial sığorta haqları ödəyənlərin) ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə verilən aylıq pul ödənişidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir, müavinləri  Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşəcəklər

Sığorta olunan pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda onun ödəmiş olduğu sosial sığorta haqları hesabına fərdi hesabında toplanan pensiya kapitalı əsasında ona təyin olunacaq aylıq pensiyanın məbləği müəyyən edilir.

Sığorta olunan vəfat etdiyi halda isə onun ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir.

18 yaşınadək övladları əyani oxuyarlarsa, 23 yaşınadək bu pensiyanı alırlar. 18 yaşı olmazdan əvvəl sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam edərsə, onlar da bu pensiyanı almaqda davam edirlər.

Bundan əlavə, sığorta olunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının əsasında onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası , həmçinin I və ya Il dərəcə əlil olmuş arvadı (əri), anası, atası da istifadə etməklə əmək pensiyası ala bilirlər.

Yəni şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR