İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ayakve” Qarabağla bağlı HƏRƏKƏTƏ KEÇDİ

Ermənistan parlamentinə Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması aktının cinayət sayılması haqqında qanun layihəsi təqdim edilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, qanun layihəsi parlamentə revanşist “Ayakve” hərəkatı tərəfindən təqdim olunub.

“Ayakve” təşəbbüsü rəsmi olaraq bu il iyunun 29-da başlayıb və Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması aktının cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə kampaniya başladılıb. Qanun layihəsinin parlamentdə müzakirə edilməsi üçün onlar Ermənistanın 50 mindən çox vətəndaşından imza toplayıblar.

Kampaniya rəhbəri Avetik Çalabyanın sözlərinə görə, parlamentdə bu təşəbbüs təsdiqlənməsə, “Ayakve”nin təşəbbüskarları məqsədlərinə çatmaq üçün referendum kimi alternativ mexanizmlərdən istifadə edəcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR