Onlayn ictimai-siyasi qəzet
Fransız avtomobil şirkəti "Renault" Ukraynada pilotsuz uçan aparatların istehsalına başlamağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə "France Info" radiosu mənbəyə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, istehsal prosesi kiçik fransız müdafiə şirkəti ilə birgə təşkil olunacaq və bu müəssisə döyüş xəttindən onlarla və ya yüzlərlə kilometr aralıda yerləşəcək.
Qeyd olunur ki, Ukrayna ordusu 2025-ci ildə qabaqcıl texnologiyalar əsasında hazırlanmış 4 milyondan çox pilotsuz uçan aparat istifadə etməyi planlaşdırır. Birbaşa Ukraynada istehsal olunan bu dronların bəziləri Fransa ordusu tərəfindən qəbul oluna bilər.
Bundan əvvəl Fransanın müdafiə naziri Sebastyen Lekornu LCI telekanalına verdiyi müsahibədə böyük bir fransız avtomobil istehsalçısının Ukraynada pilotsuz uçan aparatların istehsalına başlayacağını bildirib, lakin şirkətin adını açıqlamayıb.
Musavat.com
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ