İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobus sürücüsündən gülünc açıqlama: “Tüstüləmə istidəndir” - VİDEO

Paytaxt Bakıda hələ də köhnə, tez-tez sıradan çıxan, yolda qalan, ekologiyanı korlayan avtobuslara rast gəlinir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 67 saylı xətt üzrə fəaliyyət göstərən 90-MO-165 qeydiyyat nişanlı avtobusun görüntüsü metronun "Nərimanov" stansiyası yaxınlığında qeydə alınıb.

Görüntülər bir neçə gün əvvəl qeydə alınsa da, məsələ bu gün də öz aktuallığını qoruyur.

67 saylı marşrut xəttinə buraxılan bu avtobuslar təxminən 2013-cü ildən istismar olunur.

Avtobusu idarə edənlər arasında nəqliyyat vasitəsinin tüstüləməsi ilə bağlı sorğu aparılan zaman sürücülərin birinin qeyri-adi cavabı hər kəsi təəccübləndirib:

"Tüstüləmə istidəndir. İsti qarşısında hamımız acizik".

67 saylı marşrut xəttinin dəstə rəisi Qurban Bağırov isə məsələ ilə bağlı bildirib ki, nasazlıq gözlənilmədən yaranıb. 

Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov qeyd edib ki, avtobus parkının yenilənməsi ilə bağlı sahibkarlarla tövsiyələr edilib.

Daha ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR