İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobus daşıyıcılarının marağı niyə azalıb?

"Bu gün ölkə ərazisində sərnişindaşıma qiymətləri onun daşınma maya dəyərindən iki dəfə azdır".

Musavat.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Onun sözlərinə görə, metro fəaliyyəti ilə bağlı daha yüksək rəqəmlər səsləndirilir: "Dəmir yolu vasitəsilə sərnişindaşımada isə maya dəyəri təqribən faktiki qiymətdən çoxdur. Bu, ümumi bir problemdir. Vətəndaşlarımız da başa düşür ki, fərq varsa, rentabelli deyilsə faktiki olaraq metro və dəmir yolu dövlət tərəfindən subsidiyalarla formalaşdırılır. Bunun hesabına bu nəqliyyat vasitələri əhali tərəfindən geniş istifadə edilir. Avtobus fəaliyyəti isə qismən dövlət tərəfindən subsidiyalaşdırılır".

Rəhman Hümmətov vurğulayıb ki, avtobus qiymətlərinin eyni saxlanması ilə daşıyıcıların marağının azalması müşahidə olunur.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR