İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Avstraliya hökuməti rusiyalı rəsmilərə qarşı sanksiyalar tətbiq edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yeni sanksiyalar siyahısına Federal Penitensiar Xidmətin direktor müavini Valeri Boyarinov, Federal Penitensiar Xidmətin Yamalo-Nenets Muxtar Dairəsi üzrə rəhbəri İqor Rakitin və s. daxildir. Onlar müxalif siyasətçi Aleksey Navalnının öldüyü cəzaçəkmə müəssisəsi ilə bağlıdırlar.

Qeyd olunub ki, sanksiyalar A.Navalnının martın 1-də keçirilməsi planlaşdırılan dəfn mərasiminə təsadüf edir.

Bildirilib ki, Avstraliya siyasətçinin ölümü ilə bağlı müstəqil və şəffaf araşdırma aparılmasına çağırış edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR