İnsanlara hürriyət, millətlərə istiqlal!

"Avropanın Ukraynaya qarşı ikiüzlülüyü məhz bundadır" - Rauf Arifoğlu Qərbin kartlarını açdı

Rusiya-Ukrayna müharibəsinin gedişində Avropanın Ukraynaya münasibətdə dəstəyini zəiflətməsi siyasi analitiklərin suallarına səbəb olub.

Musavat.com xəbər verir ki, bu mövzu TV Müsavatın “Canlı debat” verilişində siyasi analitik, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə olunub. R.Arifoğlu sözügedən müharibədə Avropanın bəzi ölkələrinin addımlarını ikiüzlülük adlandırıb: “Avropanın ikiüzlülüyü nədədir? Bu dəqiqə Ukraynanı Avropa Birliyinə üzv eləməlidir, amma eləmir. Silahları, tankları, təyyarələri NATO xətti ilə vermək haqqında danışırdı, onları vermədi. Amerika, İngiltərə, Türkiyə bunu təmin etdi. Amma informasiyalarda o məqam var ki, Qərbin verdiyi silahlardan Ukrayna istifadə edə bilmədiyi üçün keçib rusların əlinə. Çünki birbaşa ön cəbhəyə verilən silahlardır, ukraynalı əsgərlər də ondan istifadə edə bilmir, qoyurlar meydanda və nəticədə ruslar onu ələ keçirir”.

R.Arifoğlu bildirib ki, Ukrayna könülləri fəth edərək, mənəvi-siyasi qələbə qazanıb Onun sözlərinə görə, Ukrayna xalqı dünyada böyük bir performans göstərib və Azərbaycan da daxil olmaqla Rusiyadan zərər görmüş bütün xalqların qisasını alır: ”Amma Qərb ikiüzlüdür. Qəsdən müharibəni uzadır ki, Rusiya daha çox bataqlığa girsin, zəifləsin. Qərbin burda başqa marağı var. Qərb böyük Ukraynanı içərisinə almaq istəmirdi. Qərb istəyir ki, Rusiya Ukraynanın bir hissəsini tutsun, Odessa xaric”.

Videonun daha geniş versiyasının aşağıdakı link vasitəsilə izləyə bilərsiz:


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR