Onlayn ictimai-siyasi qəzet
İyulun 20-də Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarına 329 milyon kubmetr qaz vurulub, anbarlardan 21 milyon kubmetr qaz götürülüb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Gas Infrastructure Europe" (GIE) açıqlayıb.
Hazırda Avropanın anbarları 82,53 faiz doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 9,54 faiz bəndi yüksək), onlarda təxminən 90,65 milyard kubmetr qaz var.
Külək enerjisinin Aİ elektrik enerjisi istehsalındakı payı 12 faizlə iyul ayından bu yana ən aşağı səviyyəyə düşüb.
İyun ayında terminallardan Avropa qaz nəqli sisteminə mayeləşdirilmiş təbii qazın ümumi daxilolmaları 2021-ci ilin noyabr ayından bəri ən aşağı həddə çatıb, iyulda isə azalma tendensiyası davam edir. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə sonrakı vurulması gücü maksimumun 38 faizi ilə yüklənir. Avropada iyulda qazın orta alış qiyməti 1 min kubmetr üçün 362 dollar təşkil edir.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ