Onlayn ictimai-siyasi qəzet
Münhen Təhlükəsizlik Konfransında çıxış edən ABŞ-ın vitse-prezidenti J.D. Vens Avropa ölkələrini sərt tənqid edərək qitənin qarşılaşdığı ən böyük təhlükənin xaricdən deyil, daxildən gəldiyini bildirib.
Musavat.com xəbər verir ki, onun çıxışı Avropa liderləri, xüsusən də Almaniya tərəfindən ciddi etirazla qarşılanıb.
"Avropanın ən böyük təhlükəsi nə Rusiya, nə Çin, nə də başqa bir gücdür"
Zelenski ilə görüşdən əvvəl konfransda çıxış edən Vens Avropa ölkələrinin əsas dəyərlərindən uzaqlaşdığını iddia edərək, qitənin ABŞ-la paylaşdığı demokratik prinsiplərdən geri çəkildiyini söyləyib: "Avropa üçün məni ən çox narahat edən təhlükə nə Rusiya, nə Çin, nə də başqa bir xarici faktordur. Mən daxildən gələn təhlükədən – Avropanın ABŞ-la paylaşdığı ən mühüm dəyərlərdən bəzilərindən uzaqlaşmasından narahatam".
O, Avropanın ən aktual problem kimi kütləvi miqrasiyanı göstərərək, bu böhranın qitənin öz siyasətinin nəticəsi olduğunu vurğulayıb: "Avropa özünün yaratdığı böhrana girir. Əgər siz öz xalqınızdan qorxursunuzsa, Amerika sizin üçün heç nə edə bilməz. Rəqiblərinizi senzura etməklə və ya onları həbs etməklə demokratik mandat qazana bilməzsiniz".
Almaniyadan sərt cavab: "Bu, qəbuledilməzdir"
Vensin çıxışına sərt reaksiya verən Almaniyanın müdafiə naziri Boris Pistorius onun Avropanı avtoritar rejimlərlə müqayisə etməsinə kəskin etiraz edib: "ABŞ vitse-prezidenti təkcə Almaniyada deyil, bütövlükdə Avropada demokratiyanı şübhə altına aldı. Mən onu düzgün başa düşürəmsə, o, Avropanın vəziyyətini bəzi avtoritar rejimlərdə hökm sürənlərlə müqayisə edir... Bu, qəbuledilməzdir."
Pistorius ABŞ-ın Avropa ilə strateji tərəfdaş olduğunu xatırladaraq, belə bəyanatların iki tərəf arasında münasibətlərə zərər verə biləcəyini qeyd edib.
Bu qalmaqallı çıxış və ona verilən reaksiyalar konfransın əsas mövzularından birinə çevrilib. Gözlənilir ki, Münhendəki müzakirələr həm Ukraynadakı müharibənin gedişinə, həm də ABŞ-Avropa münasibətlərinin gələcəyinə təsir edəcək.
Mənbə: https://www.bbc.com/russian/articles/cx2jw9ye7e2o
Musavat.com
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ