Onlayn ictimai-siyasi qəzet
Bu gün birjalarda hərraclar başlayan kimi Avropada qazın qiyməti 6 faiz bahalaşaraq 1000 kubmetr üçün 500 dolları ötüb.
Musavat.com London ICE birjasının məlumatlarına istinadən xəbər verir ki, Niderlandın TTF qovşağında aprel fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 506 dollara qalxıb.
Bu artımın Rusiyadan Ukraynaya qaz ötürən Suca qazölçmə mərkəzinin partladılması ilə bağlı olduğu bildirilir. Məntəqənin məhvi Ukrayna üzərindən Avropaya qaz nəqlinin bərpasına olan ümidləri minimuma endirir.
Qeyd edək ki, bu gün səhər Rusiya mətbuatı məntəqənin Ukrayna tərəfindən vurulduğuna dair məlumat yayıb. Lakin Ukrayna Baş Qərargahı məlumatı təkzib edib. Qərargahın yaydığı açıqlamaya görə, məntəqəni ruslar özləri vuraraq, Ukraynanı enerji obyektlərinin vurulmamasına dair razılaşmanı pozmaqda ittiham etməyə çalışırlar.
Yanğının yaxından lentə alınaraq bütün Rusiya mətbuatında geniş təbliğ olunması da göstərir ki, Moskvanın bu hadisədən istifadə etmək planı var. İndiyədək Ukraynanın zərbə endirdiyi heç bir obyekt belə yaxından lentə alınaraq rəsmi Rusiya mətbuatında yayımlanmayıb.
Musavat.com
28 Mart 2025
27 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ