İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada qaz qiymətləri 550 dolları keçdi

Avropada qazın qiyməti 15 noyabr 2023-cü ildən bəri ilk dəfə 1000 kubmetr üçün 550 dolları ötüb. Musavat.com London ICE birjasının məlumatlarına istinadən xəbər verir ki, bugünkü hərraclarda təxminən 6 faiz artıb.

Hollandiyanın TTF qovşağında fevral fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 552 dollara qalxıb.
Gas Infrastructure Europe-nin şirkətinin məlumatına əsasən Avropada yeraltı anbarlarda (UGS) qaz ehtiyatları 55,5 faizdən aşağı düşüb və 2022-2023-cü illərin istilik mövsümünün sonundakı səviyyədən aşağı olub. Aİ istilik mövsümü başlayandan bəri yeraltı qaz anbarlarından təxminən 47 milyard kubmetr qaz çıxarıb. Həm bu həftə, həm də daha soyuq hava olacağı gözlənilən gələn həftə ərzində anbarlardan daha böyük həcmlərdə qaz istehlak olunacağı gözlənilir.

Bundan əlavə, Norveçdən qaz nəqlində yaranan fasilələr də qiymət artımına təsir edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR