İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada min kubmetr qazın qiyməti 3,1 min dollardan aşağı enib

Avropada bu gün keçirilən hərracın gedişində təbii qazın min kubmetrinin qiyməti həftənin əvvəlindən bəri ilk dəfə 3,1 min dollardan aşağı düşüb.

AZƏRTAC xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qazın sentyabr fyuçersinin qiyməti 9 faiz azalaraq 2915 dollara qədər enib.

Bu ərəfədə ICE birjasında min kubmetr təbii qazın spot qiyməti mart ayının əvvəlindən bəri ilk dəfə 3,3 min dollara qalxmışdı. Qiymət artımı “Şimal axını” kəməri ilə qaz nəqlinin təmirlə əlaqədar avqustun 31-dən üç sutkalıq dayandırılacağı barədə məlumatlar fonunda baş vermişdi.

Bu il martın 7-də qazın birja qiymətləri tarixdə ilk dəfə olaraq təxminən 3900 dollara yüksəlmişdi. “Qazprom”da istisna etmirlər ki, qarşıdakı qış mövsümündə Avropada min kubmetr qazın qiyməti 4 min dollardan yuxarı qalxa bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR