Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı əhalisinin yüksək həyat səviyyəsi aşağı əmək məhsuldarlığı səbəbindən təhlükə altındadır.
Musavat.com xəbər verir ki, bu, "Bloomberg"in hazırladığı materialda əksini tapıb.
Agentlik qeyd edir ki, Avropada əmək məhsuldarlığının zəifləməsi ABŞ göstəriciləri fonunda xüsusilə nəzərə çarpır.
Materiala əsasən, Almaniya, İtaliya və Fransa da daxil olmaqla, əksər Aİ ölkələrinin sakinləri ABŞ sakinlərinə nisbətən ildə orta hesabla daha az iş saatına malikdirlər. Bu, avropalıların gəlirlərinə təsir göstərir. Dünya Bankının (DB) məlumatına görə, 2022-ci ildə ABŞ-da adambaşına düşən ÜDM Aİ və Böyük Britaniyadan 28 faiz yüksək olub. Qeyd olunur ki, Avropa İttifaqı rəhbərliyi də əmək qabiliyyətli əhalinin azalması problemi ilə məşğul olmaq məcburiyyətində qalacaq, çünki Aİ ölkələri sosial təminat və dövlət pensiya sistemlərini qoruyub saxlaya bilməyəcəklər.
Avropalılar isə öz rifah səviyyələrini yüksək qiymətləndirirlər. 2024-cü ilin mart ayından etibarən "Eurobarometer" sorğularına əsasən, avropalıların böyük əksəriyyəti (82 faizi) öz bölgələrində həyat keyfiyyətinin yaxşı olduğuna inanır.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ