İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa yenidən silah yarışına girir

Fransanın 2024-2030-cu illər üçün hərbi büdcəsi artırılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron danışıb.

“2024-2030 Hərbi Proqramlaşdırma Aktı (LPM) dövlətin ordusunu gücləndirmək üçün göstərdiyi səyləri əks etdirir. Hərbi sektora ayrılacaq vəsait günümüzün təhlükələri ilə mütənasibdir. 2024-2030-cu illərdə dövlət hərbi sahəyə 400 milyard avro ayıracaq”, – deyə Makron Mon-de-Marsan aviabazasında orduya müraciətində deyib. Onun bu müraciəti Yelisey sarayının rəsmi Tvitter hesabında yayımlanıb.

Makron növbəti 7 il ərzində Fransa kəşfiyyatının maliyyələşdirilməsinin 60% artırılacağını açıqlayıb.

Qeyd edək ki, Fransa ordusunun 2019-2025-ci illər üçün büdcəsi 295 milyard avro təşkil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR