İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Şurası Türkiyənin Avropa ilə əlaqələrini müzakirə edəcək

Avropa Şurası payızda Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin vəziyyətinə dair hesabatı müzakirə edəcək, ölkənin təşkilata üzvlüyü və viza rejiminin liberallaşdırılması ilə bağlı gələcək addımları nəzərdən keçirəcək.

Musavat.com  xarici mediaya istinadla xəbər verir ki, "İhlas" agentliyi bu barədə Brüsseldəki diplomatik mənbələrdən məlumat alıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Türkiyə tərəflər üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə namizəd ölkə və Aİ-nin əsas tərəfdaşıdır.

“Türkiyənin də qoşulduğu Avropa İnsan Haqları Konvensiyasında təsbit olunmuş əsas azadlıqların və dəyərlərin qorunması dinamikasını bərpa etmək üçün vacibdir”, - agentliyin mənbəsi bildirib.

Nəşr qeyd edir ki, payızda vizanın liberallaşdırılması sahəsində gələcək inkişaflarla bağlı Aİ və Türkiyə arasında münasibətlərin vəziyyəti üzrə Avropa Şurasının ali nümayəndəsi və komissiyasının müzakirəsi də planlaşdırılır.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Ankara respublikanın Avropaya inteqrasiya prosesini canlandırmaq niyyətindədir. Onun sözlərinə görə, söhbət Brüssellə gömrük ittifaqı ilə bağlı dialoqdan gedir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR