İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentindən Lukaşenko ilə bağlı ÇAĞIRIŞ - Həbs oluna bilər

Avropa Parlamenti Beynəlxalq Cinayət Məhkəməsini (BCM) Belarus Prezidenti Aleksandr Lukaşenkonun həbsinə order verməyə çağırıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 13-də avropalı deputatlar tərəfindən təsdiq edilmiş qətnamədə Lukaşenko Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrindən 2150-dən çox uşağın, o cümlədən kimsəsizlərin Belarusdakı sağlamlıq düşərgələrinə məcburi köçürülməsində iştirakçı kimi göstərilir.

Qətnamədə Lukaşenko rejiminin Rusiyanın Ukraynaya qarşı əsassız, qeyri-qanuni və təcavüzkar müharibəsində iştirakı pislənir.

Sənəddə qeyd olunub ki, Lukaşenko rejimi Rusiyanın törətdiyi cinayətlərə şərik olub və bu, Ukraynaya vurulan ziyana görə məsuliyyəti nəzərdə tutur.

Avropa Parlamenti hesab edir ki, beynəlxalq tribunal təkcə Putinin və Rusiyanın siyasi-hərbi rəhbərliyinin deyil, həm də Belarus rəhbərliyinin hərəkətlərini araşdırmaq səlahiyyətinə malik olmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR