İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamenti SEPAH-ı terrorçular siyahısına salmağa çağırıb

 

Avropa Parlamenti SEPAH-ın Avropa Birliyinin terrorçular siyahısına salınmasına çağırıb və etirazların zorakılıqla yatırılmasından sonra Tehranı hədəf alan sanksiyaların genişləndirilməsinə təkid edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Arab news” yayıb. Məlumatda bildirilir ki,

təşkilatın terrorçuların qara siyahısına salınması çağırışından əlavə, Avropa Parlamenti həmçinin Aİ-dən SEPAH ilə əlaqəsi ola biləcək hər hansı iqtisadi və ya maliyyə fəaliyyətini qadağan etməsini istəyib.

“Arab news”- dan verilən məqalədə o da bildirilir ki,  Britaniya hökuməti yavaş-yavaş SEPAH-ı terror təşkilatı elan etmək istiqamətində addımlayır. Ötən həftə İcmalar Palatasının üzvləri belə bir tədbirin lehinə səs veriblər. Daha sonra, şənbə günü, təxminən 20 il əvvəl İranın müdafiə nazirinin müavini olmuş Britaniya-İran ikili vətəndaşı Əlireza Əkbəri İran dövləti tərəfindən edam edilib. İran hakimiyyəti Əkbərini Britaniya kəşfiyyatının casusu elan edib ki, bu da Böyük Britaniyanın İranın mülki quruluşunu sarsıtmaq cəhdi adlandırıb. Edam Britaniya siyasətçilərini hiddətləndirib. Xarici işlər naziri Ceyms Kleverli Əkbərinin öldürülməsinin cavabsız qalmayacağını deyib və baş nazir Rişi Sunak onun narahatlığını və qınadığını açıqlayıb.

“Arab news”- dan verilən məqalədə qeyd olunub ki,  Pakistanın Baş naziri Şehbaz Şərif İranı ərazisinin “sərhəddən kənar hücumlar” üçün istifadəsinə icazə verməməyə çağırıb. Bu, Pakistan ordusunun qonşu ölkədə gizlənən yaraqlıların cənub-qərbindəki Bəlucistan əyalətinə hücumu zamanı dörd təhlükəsizlik əməkdaşının öldürüldüyünü bildirməsindən sonra baş verib. “Xalq öz vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş əsgərlərinin qurbanlarına ehtiramını bildirir. Biz gözləyirik ki, İran öz torpaqlarının sərhədyanı hücumlar üçün istifadə edilməməsini təmin edəcək”,- deyə Şahbaz Şərif bildirib.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR