İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Məhkəməsi rusiyalı milyarderə bəraət verdi

Avropa Məhkəməsi rusiyalı milyarder Dmitri Pumpyanskinin Aİ-nin sanksiya siyahısından çıxarılması ilə bağlı iddiasını təmin edib. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb.

Agentliyin məlumatına görə, Pumpyanski bu siyahıya ilk dəfə 2022-ci ilin martında qlobal polad boru istehsalçısı TMK-nın direktorlar şurasının sədri və Rusiyanın Sinara investisiya bankının prezidenti və direktorlar şurasının üzvü olanda daxil edilib.

İddia olunurdu ki, “hər iki şirkət Rusiya Federasiyasının hakimiyyət orqanları və dövlət müəssisələri, o cümlədən Rusiya dəmir yolları, “Qazprom” və “Rosneft”lə əməkdaşlığı dəstəkləyir və bundan faydalanır, bu da Moskvaya əhəmiyyətli gəlirlər gətirir".

Lakin məhkəmə indi öz qərarında bildirib ki, Aİ Şurası Pumpyanskinin iki əsas vəzifəsini tərk etməsindən sonra onun Rusiyadakı əhəmiyyətli qeyd edilən mövqeyini sübut edə bilməyib.
Pumpyansky bildirir ki, 2022-ci ilin mart ayında TMK və Sinara Group-dakı səhmlərini satdığı üçün o, indi yalnız fərdi şəxsdir və artıq Rusiyada və ya xaricdə heç bir biznes fəaliyyəti ilə məşğul deyil.

Pumpyanskiyə qarşı sanksiyalarla bağlı qərar ləğv ediləcək, biznesmenin çəkdiyi xərclərin ödənilməsi Avropa İttifaqı Şurasına həvalə olunacaq. Bu qərar Aİ-nin qara siyahısından çıxarılan Pumpyanskinin həyat yoldaşı Qalinaya da aiddir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR