Onlayn ictimai-siyasi qəzet
“Macarıstanın Avropa İttifaqına sədrlikdən məhrum olunması mümkün deyil, lakin onu boykot edə bilərik”.
Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədr müavini Vera Yurova bildirib.
Yurovanın sözlərinə görə, bir hüquqşünas kimi Macarıstanın Aİ Şurasına sədrlikdən məhrum olunmasının mümkünlüyünü başa düşür.
“Bunu etmək üçün yol yoxdur. Amma biz boykot edə və açıq şəkildə cənab Orbanın siyasəti ilə razılaşmadığımızı göstərə bilərik. Hazırda bunu həyata keçiririk və tədricən yeni ildən sonra Polşanın sədrliyinə hazırlaşırıq”, - deyə o qeyd edib.
Vera Yurova Viktor Orbanın istənilən halda Aİ-yə zərər verə bilməyəcəyini israrla vurğulayıb.
“Macarıstanın sədrliyi Şuranın heç bir əsas qərar qəbul etməyəcəyi bir vaxta təsadüf edir, çünki biz qanunvericilik dövrünün, qurumlarda mandatlarda dəyişikliklərin ərəfəsindəyik”, - deyə Yurova qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda Avropa Komissiyasının yeni tərkibi müəyyənləşməlidir.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ