İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Türkiyəyə 1 milyard avro pul ayırdı

Avropa Komissiyası fevralın 6-da baş verən zəlzələlərdən sonra bərpa işləri üçün Türkiyəyə 1 milyard avro, Suriyaya humanitar yardım məqsədilə 108 milyon avro kredit ayırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen açıqlayıb.

Qeyd edək ki,bu gün Brüsseldə Türkiyə və Suriyaya yardım donorları üzrə beynəlxalq konfrans keçirilib.

“Avropa Komissiyasının Türkiyəyə dəstək üçün 1 milyard avro məbləğində kredit ayıracağını elan etməkdən məmnunam. Biz həmçinin humanitar yardım və Suriyanın ilkin bərpası üçün 108 milyon avro ayıracağıq. Bundan əlavə, Aİ ölkələri və Avropa maliyyə institutları əlavə töhfələr verəcək”, - deyə, xanım fon der Layen bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR