Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyası Rusiyadan dəniz yolu ilə alınan neftə embarqo qoyacaq.
Musavat.com xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Macarıstanın təkidi ilə "Drujba" boru xəttilə Rusiyadan alınan neftə embarqo qoyulmaması nəzərdə tutulur. Avropa Komissiyası 8 ay müddətində dənizlə daşınan Rusiya neftindən tam imtinanı nəzərdə tutan qərar layihəsini mayın 29-da üzv dövlətlərə göndərib.
Xatırladaq ki, Macarıstan martın sonlarından Avropa Komissiyasının Rusiya neftinə embarqonu nəzərdə tutan qərarının qəbuluna imkan vermir. Ölkə rəhbərliyi bəyan edib ki, qərara o halda razılıq verəcək ki, o, boru xəttilə nəql olunan neftə aid edilməsin.
Qeyd edək ki, "Drujba" kəməri ilə ildə 45-50 milyon ton neft nəql olunur.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ