İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqının yeddinci ölkəsi Azərbaycan qazını almağa başladı

Bu gündən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Sloveniyaya qaz təchizatına başlanılıb.

SOCAR-dan Musavat.com-a verilən məlumata görə, qaz təchizatı cari il 17 iyul tarixində SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir.
SOCAR və Geoplin uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirməyi hədəfləyirlər.

Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu ölkə olur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR