İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro VERDİ

Bu gün Avropa İttifaqı Ukraynaya iqtisadi sabitliyi qorumaq üçün 1,5 milyard məbləğində daha bir maliyyə yardımı tranşı ayıracaq.

Musavat.com xəbər verir ki, bu məlumatla Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen sosial media hesabında çıxış edib və bildirib ki, “Ukraynaya dəstəyimiz indi 85 milyard avroya çatıb”.

Avropa Komissiyasının prezidenti ölkəyə maliyyə dəstəyinin davam etdiriləcəyini də açıqlayıb: "Daha çox davam edəcək. Biz Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro təklif etdik".

2022-ci ilin dekabrında Aİ Şurası Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində makromaliyyə yardımı ilə bağlı qərarı təsdiqləyib. Faiz xərclərinin böyük hissəsini Aİ-yə üzv ölkələr ödəyəcək. Ukrayna kreditləri 2033-cü ildən başlayaraq 35 il ərzində qaytarmalı olacaq.

Yanvarda Avropa Komissiyası Ukraynaya 3 milyard avro ödəyib - bu yardımın birinci tranşı idi. Mart ayından etibarən hər ay 1,5 milyard avro məbləğində ödənişlər edilib. Əvvəlki ödənişlər oktyabrın 22-də olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR