Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı üzv dövlətlərin COVID-19 pandemiyasının nəticələrini aradan qaldırmaq üçün yaradılmış Bərpa və Dayanıqlıq Fondundan 335 milyard avronu müdafiə layihələrini maliyyələşdirmək üçün xərcləmələrinə icazə verib.
Musavat.com “Politico”ya istinadən xəbər verir ki, Avropa Komissiyası (AK) bu proqramın həyata keçirilməsi üçün 2026-cı ilin avqust ayına qədər vaxt təyin edib. Yalnız bir sıra tələbləri və hədəfləri yerinə yetirən ölkələr fonddan vəsait əldə etmək üçün müraciət edə bilərlər.
Qeyd edək ki, 2021-ci ildə Bərpa və Dayanıqlıq Fondundan gələn pullar iqlim proqramlarına və rəqəmsal texnologiyalara yönəldilməsi nəzərdə tutulurdu. Qəzet yazır ki, müdafiə layihələrinin maliyyələşdirilməsi pandemiyadan sonra Aİ-nin prioritetlərində köklü dəyişikliyi əks etdirir.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ