Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı 2025-ci il fevralın 24-ü Ukrayna və Rusiya arasında hərbi münaqişənin başlanmasının üçüncü ildönümündə Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti Brüsseldəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
16-cı sanksiyalar paketinin iqtisadi "cəza tədbirlərini" əhatə edəcəyi və yeni paketin hədəfinin "hibrid müharibədə iştirak edən şəxslər" olacağı gözlənilir.
Məlumata görə, paket Moskvaya "aydın mesaj" vermək üçün nəzərdə tutulub və Rusiya iqtisadiyyatının "hələ əhatə olunmayan və ya yetərincə əhatə edilməyən konkret sektorlarını" hədəfə alan tədbirləri ehtiva edəcək.
Sanksiyalar həmçinin "Rusiya rejiminin təbliğatçısı hesab olunan və Ukraynanın ərazi bütövlüyünün pozulmasında məsuliyyət daşıyan" şəxsləri və təşkilatları hədəfə alacaq.
Bununla belə, mənbələrə görə, insanların "hibrid hücumlara" aidiyyətini sübut etmək çətin olacaq.
"Buna görə də 24 fevral tarixində bu məhdudiyyətlərin qəbul edilib-edilməyəcəyi hələ ki, məlum deyil", - deyə "Welt" yazır.
Afaq,
Musavat.com
22 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ