İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

 Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bazar ertəsi (23 yanvar) baş tutacaq görüşündə İrana yeni sanksiyalar tətbiq ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb. Məlumatda bildirilib ki, 37 şəxsə tətbiq olunacaq sanksiya ilə SEPAH üzvlərinin ittifaq ölkələrinə girişinə qadağa qoyulacaq, onların bu ölkələrdəki aktivləri dondurulacaq.

Bununla bağlı “Reuters” agentliyinə məlumat verən Aİ diplomatı SEPAH-ın terror təşkilatı kimi tanınması üçün yeni sanksiyalar üzərində işləməyə başlanılmalı olduğunu deyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR