İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Hindistandan aviayanacaq alışını rekord həddə çatdırıb

Hindistandan Avropaya aviasiya yanacağı ixracı iyun ayında rekord həcmə çatıb. Kpler analitik mərkəzinin hesablamalarına əsasən gündəlik ixrac 208 433 barelə çatıb. Bu, 2018-ci ilin iyunundan bəri ən yüksək göstəricidir.

Mərkəzin hesablamalarından aydın olur ki, iyun ayında Hindistanın ixrac etdiyi aviasiya yanacağının yarısı Avropaya yönəlib. Kpler-in proqnozuna əsasən iyulda Hindistan Avropanın ən böyük aviayanacaq təchizatçısı olacaq. Qoca qitənin gündəlik aviayanacaq idxalı 435 482 barelə çatacaq ki, bunun da 30 faizdən yuxarısı Hindistandan təmin ediləcək.

Rusiyanın neft və neft məhsullarından imtina edəndən sonra Hindistanın Reliance Industries və Nayara Energy kimi ixraca yönəlmiş özəl şirkətlərin neft email zavodları Avropanın ən böyük təchizatçılarına çevriliblər.

Maraqlıdır ki, Avropanın almaqdan imtina etdiyi Rusiya neftini Hindistan şirkətləri böyük endirimlə ala bilirlər. Son məlumatlara görə, Hindistanın gündəlik Rusiya nefti idxalı 2 milyon bareli keçib. Hindistan şirkətləri dünya bazar qiymətindən 30 faizə yaxın ucuza aldıqları Rusiya neftindən istehsal etdikləri məhsulları dünya bazar qiymətinə Avropaya satmaqla külli miqdarda gəlir əldə edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR