İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyi NATO-ya alternativ yaradır?

“Ukraynadakı müharibə Avropa Birliyinə (AB) sübut etdi ki, yumşaq güc kifayət deyil. Ona görə də birlik ciddi hərbi gücə çevrilməlidir”.

Bunu AB diplomatiyasının rəhbəri (xarici işlər naziri) Josep Borrell deyib. “Ukraynadakı müharibədən öyrəndiyimiz odur ki, ticarət, iqtisadiyyat kifayət deyil, qanunun aliliyinə sahib olmaq kifayət deyil, güclü vətəndaş, dövlət olmaq kifayət deyil. AB-nin həm də ciddi hərbi qüvvəsi olmalıdır”, - Borrell bildirib.

Az öncə isə o, təşkilatın öz ordusunun vacibliyini qeyd etmişdi.

Almaniya kansleri Olaf Şolts isə bu arada bildirib ki, Almaniya tezliklə NATO ölkələri arasında “Avropanın ən böyük, ənənəvi ordusuna” sahib olacaq. “Almaniya tezliklə NATO daxilində Avropanın ən böyük adi ordusuna malik olacaq” deyən Şolts bununla Almaniya və müttəfiqlərinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndiriləcəyini də söyləyib.

Bəs əslində nə baş verir? Avropa Birliyi, Almaniya NATO-ya alternativ hərbi qurummu yaradır? Alyansda 2-ci güclü ordu Türkiyədədir. Belə çıxır ki, Almaniya ordusu Türkiyə ordusunu üstələyəcək? Şolts hansı mətləblərə işarə edir?

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu istiqamətdə maraqlı statistika hazırlayıb: “Avropa Ordusu və ya Avropa İttifaqının Ordusu hipotetik bir ordu olub, Birliyin ümumi təhlükəsizlik və müdafiəsinin təmin olunması üçün vahid ordunun yaradılmasını nəzərdə tutur. İlk dəfə Avropa Ordusunun yaradılması ideyası II Dünya müharibəsindən sonra Almaniyanın birbaşa yenidən silahlandırılmasını tənzimləmək və  SSRİ-yə qarşı müdafiəni təşkil etmək məqsədləri ilə Fransa tərəfindən səsləndirilib. Hətta 1952-ci ildə Avropa Müdafiə Birliyi Sazişi imzalanıb, lakin daha sonra ratifikasiya olunmayıb, yəni qüvvəyə minməyib. NATO-nun genişlənməsi fonunda Aİ-nin məxsusi müdafiə qüvvələri yaratmasına da ehtiyac qalmayıb.

102 il əvvəlki və indiki Rusiya - dəyişiklik varmı?

Şəhla Cəlilzadə: “Dünyanın başına iki müharibə açan Almaniyanın…”

Lakin son illərdə, xüsusilə dünya nizamının dəyişməsi, regional aktorların fəaliyyətinin güclənməsi, xüsusilə də diplomatiya və iqtisadi siyasətdən güc siyasətinə təkrar keçid prosesinin yaşanması Aİ Ordusu ideyasını yenidən canlandırır. 2007-ci ildən etibarən Avropa batalyonları (maksimum 1500 nəfərlik) formalaşdırılmağa başlayıb, lakin bu batalyonlar dünyanın hər hansı bir nöqtəsində hələ ki, istifadə olunmayıb. 2019-cu ildə Almaniyanın Niderlandla birgə 414-cü Tank Batalyonunu yaratması, Aİ-nin hərbi birləşməsinin yaradılması istiqamətində atılmış addım olaraq qiymətləndirilə bilsə də, proses lokal olaraq qalmışdır.

Bu gün səsləndirilən fikirlər isə artıq daha iri müstəvidə, yəni regional hərbi birləşmənin yaradılacağından xəbər verir. 2019-cu ildə Almaniyada keçirilən ictimai sorğu nəticələrinə görə almanların 37%-i Avropa Ordusu yaradılması ideyasını dəstəkləyir, 30%-i qarşı çıxırdı. 2022-ci ilin mart-aprel aylarıda bütün Aİ ittifaq ərazisində keçirilən sorğuda isə daha fərqli rəqəmlər ortaya çıxıb. Belə ki, respondentlərin 52%-i öz ölkələrinin müdafiə qabiliyyətinin yetərli olmadığını, hərbi xərclərin artırılması gərəkdiyini, 60%-i Avropa Ordusunun yaradılması gərəkdiyini qeyd etmişdir. Avropa Ordusunun yaradılması ideyasını ən çox dəstəkləyən respondentlər Portuqaliya, Belçika, Litva, İspaniya və Rumıniya kimi ölkələrdən olub. Xüsusilə Rusiyanın Ukraynanı işğalı fonunda bu mövzuda həssaslıq daha da artıb. 2021-ci ildə Almaniyada əhalinin 21%-i hərbi xərclərin artırılmasını dəstəkləyirdisə, 2022-ci ildə bu 46% olub. Buna paralel olaraq Almaniya Kansleri Olaf Şoltz ölkəsinin hərbi büdcəsinin ÜDM-in ənənəvi 2%-i (minimum NATO standartı) həcminin artırılaraq 107 milyard dollara çatdırılacağını açıqlamışdı.

Türkiyənin hərbi xərclərinin 2022-ci il üçün 22-23 milyard dollar olduğunu və hərbi gücüylə Türkiyənin NATO-nun ikinci ən böyük ordusu olduğunu nəzərə alsaq, Şoltzun bu açıqlaması Almaniyanın yaxın gələcəkdə Türkiyəni hərbi güc baxımından üstələyəcəyi anlamına gəlir. Lakin dünyanın başına iki müharibə açan Almaniyanın hərbi gücünün təkrar bu qədər artırmasına dünya izn verəcəkmi sualı doğur. Belə ki, II Dünya Müharibəsindən sonra Almaniya hərbi gücünü kifayət qədər azaltmış, ordusunun tərkibini isə 1990-cı ildə 500 min nəfərdən bugünkü rəqəm - 200 min nəfərə endirmişdi. Hərbi dəniz gəmilərinin də sadəcə 30%-i istismara yararlı vəziyyətdə idi. Ukraynadakı hadisələr Nazi dönəmindən sonrakı pasifizm siyasətinin də radikal dönüşünü bərabərində gətirdi. Bütün bunlar Avropa Ordusunun yaradılması istiqamətində atılmış addımlar olaraq da dəyərləndirilə bilər.

Ümumiyyətlə Avropa Komissiyası bu həftə qəbul edilən ortaq qərarla ittifaqın 27 üzvünün ortaq hərbi xərclərini 200 milyard avroya çatdırmağı təsbit edib. Anlaşılan odur ki, Avropa Ordusunun bircə rəsmi adı yoxdur. Belə ki, ortaq büdcə, ortaq batalyonlar və s. hər şey var və bu istiqamətdə ciddi əməli iş görülüb. Mütəxəssislər Avropa Ordusunun rəsmi olaraq yaradılarsa NATO-ya rəqabət təşkil etməyəcəyi, lakin onunla paralel Avropanın təhlükəsizlik və müdafiə məqsədlərinə xidmət edəcəyi düşüncəsindədirlər”.

Baydenin qərarsızlığı və çəkingənliyindən istifadə edən Kreml istədiyi kimi  davranır” - Politoloq Elşən Mustafayev

Elşən Mustafayev: “Bu həm NATO-nun gücünü böyüdəcək, həm də…”

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev heç bir halda Türkiyə Ordusunun arxa plana keçməyəcəyini düşünür: “Avropa İttifaqı ölkələrinin müdafiə funksiyalarını özlərinin də qatdığı NATO həyata keçirir. NATO dedikdə isə ilk sırada bu təşkilatın hərbi və maliyyə cəhətdən əsas donoru olan ABŞ görünür. Soyuq müharibə dövründə ABŞ-ın patronajlığı ilə NATO Qərbi Avropa üçün çox vacib təşkilat idi. Soyuq müharibə dövründən sonra 2000-ci illərin əvvəllərinə qədər Rusiya ilə Qərb arasında hər hansı ciddi qarşudurmaların olmaması, eyni zamanda Aİ ilə Rusiya arasında birgə böyük iqtisadi layihələrin olması səbəbindən müdafiə sənayesi məsələlərinə o qədər də önəm verilmirdi. Bu gedişatda ABŞ Rusiyadan tutarlı müqavimət görmədən keçmiş Varşava Müqaviləsi ölkələrini NATO-ya üzv etməklə şərqə doğru genişlənməyə başlamışdı. Aİ isə daha çox Rusiya ilə böyük iqtisadi layihələrə önəm verirdi.

İlk həyəcan təbili 2014-cü ildə Rusiyanın Krımı anneksiyasından sonra çalınmağa başladı. Aİ-nin yadına düşdü ki, müdafiə sahəsində əsas olaraq NATO-nun birinci gücü olan ABŞ- dan asılı vəziyyətdədirlər və Aİ nin özünün hərbi ittifaqını yaratmaqla bağlı ideyalar irəli sürüldü. Aİ liderləri Alyansa qarşı ağır bəyanatlar verməyə başladılar. Biri deyirdi ki, NATO “beyin ölümü” keçirib, digəri deyirdi ki, Aİ-nin Rusiya ilə sərhədləri NATO tərəfindən lazımı qaydada qorumur və s. Bu cür çıxışlara bir az da prezident Donald Trampın bir sıra böyük Avropa dövlətlərinə və onların liderlərinə münasibətləri də əsas verirdi. Yəni bir ərəfə Aİ və ABŞ arasında həm iqtisadi, həm də hərbi məsələlərdə kifayət qədər hiss olunacaq soyuqluq var idi. Həmin vaxtlar Aİ-in öz hərbi blokunu qurması perspektivləri real görünürdü. Amma Suriya müharibəsi gedişatında bu məsələ arxa plana keçdi. ABŞ -ın Aİ -dəki NATO bazalarının müasirləşdirilməsi və gücləndirilməsi məqsədilə böyük məbləğdə maliyyə ayırmasından sonra isə yeni ittifaqın yaradılması ilə bağlı söhbətlər səngidi. Ukrayna müharibəsi başlayandan sonra isə Aİ-nin təhlükəsizliyi yenidən gündəmə qayıdıb və Aİ ölkələri ordularının həcminin artırılması, güclü silahlarla təmin olunması ilə bağlı təkliflər verirlər. Bu təkliflərin önündə Avropanın iqtisadi güc mərkəzi olaraq Almaniya gedir. Amma bu çox uzun vaxt aparacaq və böyük vəsaitlər tələb edəcək məsələdir. Aİ-də ancaq Fransa nüvə dövlətidir və hərbi potensialına görə yalnız Böyük Britaniya ilə rəqabət aparır. Almaniyanın vəziyyəti isə bir az fərqlidir. İkinci Dünya müharibəsindən sonra Almaniya demilitrizasiya olunub. Tam silahsızlaşdırılmasa da, yalnız müdafiə silahlarına sahib olmağa icazə verilib. Bildiyim qədər bu qərar hələ dəyişməyib. O səbəbdən Aİ-nin özünün NATO-ya alternativ hərbi blok yaradacağına, yaxud Almaniya ordusunun tezliklə NATO-nun ən güclü ikinci ordusuna çevrilicəyinə inanmıram. Bu kifayət qədər vaxt və böyük vəsaitlər tələb edən prosesdir. Gələcəkdə tədricən bu güclənmə baş verə bilər. Bunun nəticəsində Türkiyə ordusunun arxa plana keçməsinə heç inanmıram. Çünki Türkiyənin müdafiə sənayesinin son illərdə inkişaf tempinin hansı səviyyədə olduğunu hamı bilir və bu inkişafın sürətlə böyüyəcəyini məhz Qərbin ekspertləri də etiraf edir. Ora gəlib çatmaq üçün Türkiyə yerində duracağı halda belə uzun illər lazımdır. Bütün bunlara rəğmən Aİ-nin öz ordularını daha da gücləndirməsi cəhdlərini normal qarşılamaq lazımdır Bu həm NATO-nun gücünü böyüdəcək, həm də ora üzv dövlətlərin təhlükəsizlik təminatı olacaq”.

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov: “Rusiya Ukrayna ərazilərinə təcavüz etməklə hamıya göstərdi ki...”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bunu mümkünsüz hesab edir: “Şoltsun dedikləri reallığı əks etdirmir. Almaniya bir zamanlar etdiklərinə görə təzminat ödəyən, böyük güclərin razılığı ilə qurulmuş, zaman-zaman iddialarla ortaya gəlib sonra 50 il "kirmiş dur" vəziyyətinə salınan bir ölkədir. Türkiyə isə milli mücadiləsi ilə tarixən dünyanın zalimlərinə qarşı savaşmış, Allahın yardımı ilə canı ilə özünü sübut edən ülkülər dövlətidir. Avropa klubdur. Klubda "ağıllılar" bir qərar verənə kimi Rusiya Ukraynanın yarısını tutdu. Amerika olan yerdə Avropa ordusu? Uyğunsuzluq açıq şəkildə görünür. Ona görə bir daha əlavə edim ki, Rusiya Ukrayna ərazilərinə təcavüz etməklə hamıya göstərdi ki, qloballizm və dəstəsi heç də göründüyü kimi güclü deyil. Əlbəttə bəşəri maraqlarla deyil, öz maraqları üçün etdi”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR