İnsanlara hürriyət, millətlərə istiqlal!

AVRO-2024: Fransa növbəti 1/4 finalçı olub

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşü başa çatıb.

"Report" xəbər verir ki, Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda fransızlar qələbə qazanıb - 1:0.

Yeganə qol 85-ci dəqiqədə vurulub. Yan Vertongen avtoqol müəllifi olub.

Qeyd edək ki, 1/4 finala yüksələn Fransanın rəqibi Portuqaliya - Sloveniya cütünün qalibi olacaq.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda hesab açılmayıb.

Görüşü isveçli baş hakim Qlenn Nyuberq idarə edir.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşündə ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda hesab açılmayıb.

Görüşü isveçli baş hakim Qlenn Nyuberq idarə edir.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Fransa və Belçika yığmaları arasında 1/8 final görüşü başlayıb.

"Report" xəbər verir ki, qarşılaşma Düsseldorfdakı "Esprit Arena"da keçirilir.

Görüşü isveçli baş hakim Qlenn Nyuberq idarə edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR