Onlayn ictimai-siyasi qəzet
İrəvan məhkəməsi Ermənistan Apostol Kilsəsinin nümayəndəsi, arxiyepiskop Mikael Adjapaxyana hökm oxuyub. Din xadimi “konstitusiya quruluşunun zorla devrilməsinə çağırış” ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com xəbər verir ki, prokurorluq əvvəlcə 2 il 6 ay həbs cəzası tələb etsə də, məhkəmə yekun olaraq cəzanı bir qədər azaldıb.
Adjapaxyanın vəkilləri isə hökmü əsassız sayaraq apellyasiya şikayəti verəcəklərini açıqlayıblar. Müdafiə tərəfinin sözlərinə görə, hakim hökmü elan edərkən hətta Cinayət Məcəlləsinin müvafiq maddəsini də səhv salıb.
Hadisə Ermənistan cəmiyyətində böyük rezonans doğurub və din xadiminin tərəfdarları məhkəmənin qərarını siyasi motivli hesab edirlər.
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ