Onlayn ictimai-siyasi qəzet
Rusiya Pravoslav Kilsəsi Polşa prezidenti Karol Navrotskinin qalmaqallı açıqlamasına sərt reaksiya verib.
Qeyd edək ki, Polşa prezidenti müsahibəsində mütəmadi olaraq mərhum marşal Yuzef Pilsudskinin ruhu ilə danışdığını demişdi.
Musavat.com xəbər verir ki, Patriarxlıq komissiyasının sədri, Fyodor Lukyanov bu bəyanatı təhlükəli “demonik iz” – yəni “şeytani təsir” kimi dəyərləndirib:
“Hakim elitaların guya ölülərin ruhları ilə təmas qurması tarix boyu dövlətlərdə böyük fəlakətlərin xəbərçisi olub. Hələ Tövrat dövründə xəbərdarlıq edilirdi ki, insanla təmasda olanlar əcdadların ruhu deyil, yıxılmış mələklərdir. Onların məqsədi bəşər övladını məhv etməkdir”.
Lukyanov əlavə edib ki, Navrotski də görünür, məhz demonlarla – şeytanlarla ünsiyyət qurur.
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ