Onlayn ictimai-siyasi qəzet
Donbasda Rusiya ordusunun həyata keçirdiyi hücum nəticəsində fransız fotomüxbir həlak olub. 4-cü ayrı mexanikləşdirilmiş briqadanın yaydığı məlumata görə, hadisə oktyabrın 3-də Drujkovka yaxınlığında baş verib.
Musavat.com xəbər verir ki, düşmənə məxsus FPV tipli dronun zərbəsi nəticəsində Fransadan olan fotomüxbir Antoni Lallikan həyatını itirib. Onunla birlikdə olan Ukrayna jurnalisti, Kyiv Independent nəşrinin reportyoru Qriqori İvançenko isə yaralanıb.
Hər iki jurnalistin üzərində “PRESS” yazısı olan qoruyucu jiletlər olub. Hadisə beynəlxalq jurnalist təşkilatlarında və hüquq müdafiə dairələrində kəskin etirazla qarşılanıb.
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ