İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərhum aktyorun sevgi məktubu fantastik qiymətə satıldı - FOTO

Hollivudun faciəli ulduzu Ceyms Dinin sevgilisinə yazdığı sevgi məktubu hərracda 32.500 dollara satılıb.

Milli.Az xəbər verir ki, məktub aktyorun 1954-cü ildə Queensdə yaşayan sevgilisi, aktrisa Barbara Qlennə ünvanlanıb. İki səhifədən ibarət olan yazı Dinin cəmi 24 yaşında avtomobil qəzasında həyatını itirməsindən bir il əvvəl yazılıb. Məktubla birlikdə orijinal zərf və aktyorun atının fotosu da satılıb.

RR Auction şirkətinin Remarkable Rarities satışında təqdim edilən məktub avropalı bir kolleksiyaçı tərəfindən alınıb. Hərracın icraçı vitse-prezidenti Bobbi Livinqston bildirib:

"Ceyms Dinin şəxsi məktubları olduqca nadirdir. Bu qeydi dəyərli edən isə onun Hollivuddan sevgilisinə ünvanlanmış intim mesaj olmasıdır."

Xatırladaq ki, Ceyms Din "Səbəbsiz üsyançı" filmi ilə məşhurlaşıb və ölümündən sonra əsl əfsanəyə çevrilib.

1296489(3).png (670 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR