İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp HƏMAS-ı hədələdi: Cəhənnəmlə üzləşəcək!

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, HƏMAS hərəkatı oktyabrın 5-i yerli vaxtla saat 18:00-a (Oktyabrın 6-sı Bakı vaxtı ilə 02:00) qədər Amerikanın təklif etdiyi sazişin şərtləri ilə razılaşmalıdır.

Musavat.com xəbər verir ki, o, xəbərdarlığı Truth Social hesabında yerləşdirib: "HƏMAS ilə razılaşma oktyabrın 5-i Vaşinqton vaxtı ilə saat 18:00-a qədər əldə edilməlidir. Bütün ölkələr razılaşmanı imzalayıb! Bu son şans reallaşmasa, HƏMAS heç kimin görmədiyi cəhənnəmlə üzləşəcək".

Qeyd edək ki, bundan əvvəl Ağ Ev Qəzza zolağında münaqişənin həlli planını açıqlayıb. O, hərbi əməliyyatların tamamilə dayandırılmasını və HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların 72 saat ərzində azad edilməsini nəzərdə tutur. Bundan başqa, sənəd Qəzza zolağının keçid dövrü üçün xarici idarəetməyə verilməsini təklif edir. Anklavın sakinlərinə gedib qayıtmaq imkanı veriləcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR