Onlayn ictimai-siyasi qəzet
Yaponiyanın “Google” mühəndisləri “Gboard Dial” adlı dünyada ilk fırlanan klaviaturanı təqdim ediblər.
Musavat.com xəbər verir ki, bu yeni klaviatura istifadəçilərə disklə nömrə yığmaq imkanını təqdim edir və texnologiyada retro üslubun maraqlı nümunəsi sayılır.
İnternetdə ixtira dərhal diqqət çəkib və istifadəçilər tərəfindən “nənə klaviaturası” adlandırılıb. Ekspertlər hesab edirlər ki, bu klaviatura həm nostalji həvəskarları, həm də texnologiya sevənlər üçün maraqlı seçim ola bilər.
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ