Onlayn ictimai-siyasi qəzet
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 36 oyununa VAR 20 dəfə müdaxilə edib və eyni sayda hakim səhvləri düzəldilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, videohakimlərin müdaxiləsindən sonra görüşün baş hakimləri 8 dəfə monitora yaxınlaşaraq epizodun təkrarını izləyiblər.
Nəticədə 2 qol ləğv edilib, 1 qol hesaba alınıb və 5 penalti təyin olunub.
Qeyd edək ki, AVRO-2020-də baş tutan 51 matça VAR 17 dəfə müdaxilə etmişdi.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ