İnsanlara hürriyət, millətlərə istiqlal!

Avqust ayından Ağdamda tikinti işlərinə başlanılacaq

Avqust ayından Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlanması planlaşdırılır.

Musavat.com Trend-ə istinadla xəbər verir ki, Ağdam Sənaye Parkında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Sənaye Parkının rezidentləri ilə görüşüb.

Görüşdə rezidentlərin Parkın ərazisində yerləşməsi, infrastruktur təminatı, tikinti işlərinə başlanması və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, artıq Sənaye Parkının rezidentləri tərəfindən onlara ayrılmış ərazilərdə torpaq (hamarlama) işlərinə başlanılıb, avqust ayından etibarən tikinti işlərinə başlanması planlaşdırılır.

Məlumat üçün bildiririk ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və bu rezidentlər tərəfindən Sənaye Parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR