Onlayn ictimai-siyasi qəzet
Atlantik okeanında Afrika ölkəsi olan Kabo-Verde sahillərində miqrantların olduğu gəmi aşıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 63 immiqrantın həlak olduğu güman edilir.
4-ü 12-16 yaş arası uşaq olmaqla, ümumilikdə 38 immiqrant sağ qalıb.
Gəminin keçən ay Seneqaldan yola düşdüyü bildirilib.
Qeyd edək ki, Kabo-Verde adaları Avropa İttifaqına giriş qapısı olan İspaniyanın Kanar adalarına dəniz miqrasiya yolunda yerləşir. Yoxsulluqdan və müharibədən qaçan minlərlə qaçqın və miqrant bu təhlükəli səyahətə çıxmaq üçün hər il həyatlarını riskə atırlar.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ