İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT PA-nın İpək Yolu Qrupu Vyanada toplaşdı - FOTO

Fevralın 24-də ATƏT PA-nın İpək Yolu Qrupunun Vyanada 9-cu iclası keçirilib.

İclasda Qrupun sədri Azay Quliyev görülən işlər barədə hesabat verib və Qrupa üzv olan 27 ölkənin nümayəndə heyətlərinə qurumun işində fəal iştirakına görə təşəkkür edib.

ATƏT PA-nın vitse-prezidenti, Qaydalar və Prosedurlar komitəsinin sədri Paskal Alizard Qrupun fəaliyyətini yüksək qiymətləndirərək ona tam dəstəyini ifadə edib. İclasda keçən ilin oktyabrında İstanbulda keçirilən Beynəlxalq Konfransın Bəyannaməsindən irəli gələn məsələlər ətraflı müzakirə edilib.

İclasda Xorvatiya nümayəndə heyətinin rəhbəri Davor Bernardiç Qrupun sədr müavini seçilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR