Onlayn ictimai-siyasi qəzet
Ağdamda atasının şiddətinə məruz qalan 2 yaşlı Musa – adı qədər günahsız, özü qədər körpə… Bir neçə gün öncə həyatda qalması belə möcüzə sayılan azyaşlı bu gün yaşamaq üçün mübarizəsini qalib başa vurur.
Musavat.com xəbər verir ki, bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
27 avqust 2025-ci il tarixində ağır vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilən Musanın vəziyyəti dərhal Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də nəzarətə götürülərək,aidiyyatı qurumlarla birgə fəaliyyətə başlanılıb. Azyaşlının vəziyyətinin ağır olması səbəbindən onun Bakıya – Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunmasına qərar verilib. Həkimlərin səyi nəticəsində, həyat savaşı verən azyaşlı yenidən həyata qaytarıldı.
Hazırda Musanın vəziyyəti stabildir. Hələ də xəstəxanadadır, amma təhlükəli mərhələni geridə qoyub.
Musa bəlkə də başına gələnləri unudacaq. Amma onun bədəni və ruhu uzun müddət daha çox sevgiyə, qayğıya və mərhəmətə ehtiyac duyacaq…
Qeyd edək ki, onun müalicəsi TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.
Musavat.com
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ