İnsanlara hürriyət, millətlərə istiqlal!

“Astana, Moskva və Bakı təyyarə qəzası ilə bağlı məlumatı açıqlayacaq”

“Qazaxıstan, Rusiya və Azərbaycan Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı məlumatları gizlətmək niyyətində deyil. Bütün məlumatlar ictimaiyyətə açıqlanacaq”.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev deyib.

“Qəzanın hansı hadisənin nəticəsi olduğunu indi söyləmək mümkün deyil. Komissiya işləyir, əsl ekspertlər bütün bunları izləyir, nəticə çıxaracaqlar. Nə Qazaxıstan, nə Rusiya, nə də Azərbaycan təbii ki, məlumatı gizlətməkdə maraqlı deyil, bu, ictimaiyyətin diqqətinə çatdırılacaq və buna heç bir şübhə ola bilməz”, - deyə spiker vurğulayıb.

Aşımbayev fotoşəkillərə əsaslanaraq təyyarənin atəşə tutulması ilə bağlı vaxtından əvvəl nəticə çıxarmamağa çağırıb və qeyd edib ki, müəyyən qüvvələr özlərinə divident qazanmağa çalışırlar.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR