İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşotyandan Paşinyanla bağlı ŞOK SÖZLƏR 

“2020-ci il noyabrın 9-dan sonra erməni xalqı yeni müharibələrin, yeni itkilərin, yeni güzəştlərin qarşısını almaq üçün ən mühüm addımı atmadı: Nikol Paşinyanı aradan götürmədi, çox böyük insan və ərazi itkilərinin günahkarlarını cəzalandırmadı. Nikol cəzasız qaldıqca bu, davam edəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın keçmiş təhsil naziri, hazırda həbsdə olan Armen Aşotyan tərəfindən feysbuk şəbəkəsində yayılan statusunda əks olunub.

“Nikol sayəsində nə daxili, nə də xarici təhlükəsizlik üçün effektiv mexanizmlərimiz var. Paşinyan öz ordusunu darmadağın etməklə, öz ordusuna barmağını silkələməklə, müdafiə sistemini dağıdıb yenisini qurmamaqla Ermənistanı geosiyasi dilənçiyə çevirdi. Ermənistanın gələcək üçün şansı yalnız bir halda olacaq: əgər ermənilər Nikol Paşinyanı hakimiyyətdən məhrum etsə...”, - deyə Armen Aşotyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR