Onlayn ictimai-siyasi qəzet
Paşinyanın builki Münxen səyahəti Ermənistanın xarici siyasətinin uğursuzluqlarının paradında növbəti fiasko oldu.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın keçmiş təhsil naziri, hazırda həbsdə olan Armen Aşotyanın statusunda əks olunub.
“Sadəcə iki aşkar və şok faktı qeyd edim. Əvvəlcə Münxendə Şolts-Əliyev-Paşinyan formatında qısamüddətli üçtərəfli görüş keçirilib, daha sonra bu görüş ikitərəfli formatda davam edib. Üçtərəfli görüşün və ondan sonrakı ikitərəfli görüşün formatı əslində Azərbaycanın tələblərinin Ermənistan tərəfindən qane edilməsini ifadə edirdi. Sual yaranır: Avropa Komissiyasının rəhbəri Fon der Leyen Münhendə idi, niyə AB həmin görüşdə vasitəçi olmadı? ABŞ dövlət katibi Blinken Münhendə idi. ABŞ niyə vasitəçi kimi çıxış etmədi? Hələ mən Fransanın adını çəkmirəm. Cavab çox sadədir. ABŞ, AB və Fransanın vasitəçilik rolunu tənqid edən Azərbaycan, özü üçün rahat olan Almaniya kanslerinin vasitəçiliyinə nail ola bildi.
İlham Əliyevlə Paşinyan arasında ikitərəfli görüş həm də Azərbaycanın istəyi idi, çünki rəsmi Bakı Ermənistanla danışıqların beynəlxalq vasitəçilərsiz baş tutmasında daha çox israr edir.
Paşinyanın sayəsində erməni məsələsi sürətlə Türkiyə ilə Azərbaycan arasında daxili məsələyə çevrilir. Özünü Ermənistanın baş naziri kimi təqdim edən bir şəxs Ermənistanı türk dünyasının bir parçası edir”,-deyə Armen Aşotyan yazıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ