İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-nı bürüyən erməni separatizmi - quruma qarşı sərt ittihamlar

Fazil Mustafa: “Separatizmin Rusiyaya aid olan hissəsini qəbul etmirlər, amma Ermənistana aid olan hissəsini müqəddəs bir dəyər kimi qələmə verməyə çalışırlar”

 “2016-cı ildə Sərsəng Su Anbarı ilə bağlı Elxan Süleymanovun təşəbbüsü ilə hazırlanan qətnamə layihəsinin qəbul olunması və orada Ermənistanın ilk dəfə işğalçı dövlət kimi tanınması faktının üzərinə gəlindiyini görmədik” 

Avropa Şurasında Azərbaycana qarşı daim qərəzli mövqe tutulmasına, işğalçı Ermənistana dəstək verilməsinə, onun haqsız, ədalətsiz mövqeyinin qorunmasına dair faktlar kifayət qədərdir. Maraqlıdır ki, Avropa Şurası Parlament Assambleyası 2016-cı ildə qəbul etdiyi 2085 saylı qətnamədə (müəllif Elxan Süleymanov) rəsmən Ermənistanın işğalçı olduğunu təsdiqləyib.

(Yeri gəlmişkən, Elxan Süleymanov AŞ PA-da nümayəndə heyətinin üzvü olduğu və ondan sonrakı dönəmlərdə bu qurumda Azərbaycana qarşı aparılan qərəzli, sifarişli kampaniyaları ifşa edən geniş və konkret faktlara əsaslanan məqalələrlə bir neçə dəfə çıxış etmişdi.

Həmin məqalələri “AŞ PA-ya olan ümidlərin ”vaxtsız vəfatı" - Avropanın “təzyiq maşını” kimə lazımdır?" yazısında və orada verilən linklərdən oxuya bilərsiniz: - https://musavat.com/ru/news/aspa-ya-olan-umidlerin-vaxtsiz-vefati-avropanin-tezyiq-masini-kime-lazimdir_794460.html ttps://musavat.com/ru/news/aspa-ya-olan-umidlerin-vaxtsiz-vefati-avropanin-tezyiq-masini-kime-lazimdir_794460.html/

Elxan Süleymanov AŞ PA və ümumən Avropa coğrafiyasında Azərbaycana qarşı aparılan qaralama kampaniyasını ifşa edən faktları daha müfəssəl şəkildə “Avropanın çirkli ”demokratiya" oyunu https://1905.az/book_page_1/" kitabında yazaraq, geniş oxucu kütləsinə təqdim edib. Kitabın linki: https://1905.az/book_page_1/ ttps://1905.az/book_page_1/)

Deputat Elxan Süleymanov barədə şok faktlar-FOTOLAR » Mediatv.az  informasiya portalı

Elxan Süleymanov

Ancaq bununla belə, qurumda daim işğalçını qorumağa çalışırlar. Deputat Erkin Qədirli bununla bağlı çox ilginc fakt açıqlayıb. O deyib ki, AŞ PA-nın iclaslarında Rusiyanı tənqid etmək istəyəndə, onun adını çıxışçılar sırasında öndə yazırlar. Ancaq Ermənistanın cinayətlərindən danışmaq istəyəndə çıxışçılar siyahısına adını ən sonda yazırlar, danışmaq növbəsi çatanda iclasın da vaxtı bitir. Yəni dolayısı ilə qəsdən ona Ermənistana qarşı danışmaq əngəli yaradılır.

Bu olduqca sensasion məsələdir və AŞ PA-nın çürük, mənasız və korrupsiya ocağına çevrilməsinə dair iddiaları təsdiqləyən detaldır. Təsəvvür edin, Rusiya kimi nəhəng bir ölkəni tənqid etmək olar, amma erməniləri yox! Təbii ki, burada erməni lobbisinin AŞ PA rəhbərliyi ilə “separat”, korrupsioner əlaqələri də mövcuddur. Eyni zamanda siyasi baxımdan Avropanın antitürk meyllərinin, erməni kartından yararlanmaq amilinin olması da ortadadır.

Bu tendensiyaya təsir etmək, AŞ PA-ya bu mövqeyinə görə hansı formada etiraz etmək mümkündür?

 Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil”

AŞ PA-dakı nümayəndə heyətimizin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa həmkarını tam olaraq haqlı görür. O, çox maraqlı nüanslara toxundu: “Əslində AŞ PA-nın bu ikili standartlı mövqeyi hamımıza illərdir ki, bəllidir. Çünki bu qurum özünə aid olan demokratiya prinsiplərini, ərazi bütövlüyünün qorunması, insan haqları məsələsində özününkü və kənar anlayışla bir baxış formalaşdırır. Burada olan deputatların da xeyli hissəsi bu korporativ maraqlara xidmət etməklə məşğuldurlar. AŞ PA rəhbərliyinin də fəaliyyətində bu tez-tez gözə çarpır. Xüsusilə də, 2016-cı ildə Sərsəng Su Anbarı ilə bağlı o zamankı deputat Elxan Süleymanovun təşəbbüsü ilə hazırlanan qətnamə layihəsinin qəbul olunması və orada Ermənistanın ilk dəfə işğalçı dövlət kimi tanınması faktının üzərinə gəlindiyini görmədik. İşğalçı dövlətə hər hansı bir tədbir görülməsi, ona qarşı növbəti addımların atılması ilə bağlı təşəbbüslərə rast gəlmədik. Amma heç bir hadisə olmadan Azərbaycanla bağlı yeri gəldi-gəlmədi, müxtəlif məsələləri gündəmə gətirirlər. Həqiqətən də, Erkin bəy dediklərində tam haqlıdır. Çünki biz də dəfələrlə qarşılaşırıq ki, anti-Rusiya mövqeyinə bu gün "yaşıl işıq" yandıranlar, eyni işğalçılıqla məşğul olmuş Ermənistana qarşı bu mövqeyi sərgiləmirlər. Sanki bunların işğalı müqəddəs bir işdir, amma Rusiyanın işğalı zərərli bir şeydir. Separatizmin Rusiyaya aid olan hissəsini qəbul etmirlər, amma Ermənistana aid olan hissəsini müqəddəs bir dəyər kimi qələmə verməyə çalışırlar. Bu da olduqca təhlükəli bir simptomdur. AŞ PA-nın bu addımlarına da bizim tərəfimizdən etirazlar bildirilir. Dəfələrlə onun platformasında bu ikiüzlülüyə qarşı çıxışlar olub. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov başda olmaqla, digər nümayəndə heyəti üzvləri aktiv şəkildə müqavimət göstəriblər, ermənipərəst mövqeyi ifşa ediblər, həm AŞ PA rəhbərliyini, həm də deputatları. Amma nə edək? Bu dünya platformasıdır və bu platformada da əvvəlcədən bizə qarşı formalaşan düşüncə, mövqe var. Bu mövqeyi dağıtmaq üçün çox çalışmalıyıq. AŞ PA o biri qurumlardan fərqlənmir ki. Digər qruplarda da eyni prinsiplərlə hərəkətlənməni müşahidə edirik. Ona görə də burada qətiyyən usanmaq olmaz".

Deputat hücum strategiyamızın davam etdirilməsinin vacibliyini də vurğuladı: “Sona qədər bu platformalarda iştirak edib, bizə qarşı olan bu yanlış addımları ifşa etməliyik. Başqa bir seçimimiz yoxdur. Həqiqətən də bu tipli məsələlər ilk növbədə, Azərbaycanın 44 günlük savaşdan sonra əldə etdiyi uğurların onları necə bir məyus vəziyyətə saldığını görürük. Hətta bəzən ermənilərdən daha çox sifətləri açıq olan avropalıları görürük. Onlar çox kədərlidirlər. Çünki onların illərlə işğalçını dəstəkləyərək ortaya qoyduqları missiya boşa çıxıb. İndi də Ermənistana missiya göndərmək, onunla bağlı hər hansı bir tədbirləri həyata keçirmək üçün cəhdlər göstərirlər. Amma bunların hamısı ifşa olunur və hesab edirəm ki, ən yaxşı etiraz forması elə orada iştirak edib, onları vaxtaşırı ifşa etməkdir. Hücum strategiyamızı sona qədər davam etdirməliyik”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR