İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadının onu aldatdığını düşünürdü - 40 il sonra ortaya çıxan acı həqiqət hər kəsi ŞOKA SALDI

Rusiyada kişi qızının ona bənzəmədiyi üçün arvadının onu aldatdığını düşünüb.

Musavat.com xəbər verir ki, acı həqiqət 40 ildən sonra bir televiziya şousunda ortaya çıxıb.

Müəyyən edilib ki, ailənin əsl qızları doğulan zaman başqa ailə ilə qarışıb.

Bunu eşidənlər belə inanmaqda çətinlik çəkib. Televiziya verilişində müzakirə olunan mövzuya görə, Alyona Romanova adlı gənc qız böyüdüyü ailəyə bənzəmədiyi üçün ailəsində həmişə şübhə doğurub.

Alyonanın atası qızın ondan olmadığını düşünərək arvadını xəyanətdə ittiham edib. Ailə 40 ilini bu yolda keçirib. Etdikləri DNT testindən sonra Alyonanın həqiqətən də ailənin övladı olmadığı məlum olub. Başlarına gələn hadisənin şokundan çıxa bilməyən Alyona televiziyaya üz tutub.

Gerçək valideynlərini axtarmağa başlayan Alyona televiziyadakıların köməkliyi ilə hadisənin həqiqətini açıqlayıb. Buna görə, 40 il əvvəl sovet xəstəxanasında doğuş zamanı Alyona və ailənin əsl qızları qarışıq düşüb. Həqiqət üzə çıxanda studiyadakılar şoka düşüblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR