İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadını zəhərlə yavaş-yavaş öldürdü - ŞOK qətl belə DEŞİFRƏ EDİLDİ

ABŞ Ceyms Kreyq adlı şəxsdən danışır... 45 yaşlı diş həkimi həyat yoldaşından ayrılmaq üçün ağlasığmaz addım atıb.

Musavat.com "Mirror"a istinadən xəbər verir ki, kişi həyat yoldaşını yavaş-yavaş zəhərləyib.

Qadının yeməyinə arsen (yüksək qatılıqlı zəhərli maddə) qarışdıran kişi onun ölümündən sonra sevgisi ilə qovuşmağa hazırlaşırmış.

Kreyq plan üzərində mükəmməl işləyib və həyat yoldaşını yavaş-yavaş zəhərləyib.

Detektivlər hesab edir ki, Kreyq 6 martda həyat yoldaşının məşq edərkən istifadə etdiyi zülalın içinə arsen qoyub.

Qadın əvvəlcə sağ qalmağı bacarıb. Bunu görən qatil təcili olaraq kalium sianid sifariş edib, satıcıya isə bunun əməliyyat üçün lazım olduğunu söyləyib və həyat yoldaşını yenidən zəhərləyib. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

45 yaşlı kişinin şübhəli hərəkətləri iş yoldaşının diqqətindən yayınmayıb. Həmkarı Ryan Redfearn iş üçün lazım olmasa da, Kreyqin kalium sianidi sifariş etdiyini görüb. Daha sonra polis araşdırmaya başlayıb və Kreyq həbs edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR